"Nürnberq"də çıxış edən Mahir Emreli əl biləyindən zədələnib.
İdman.biz xəbər verir ki, o, Almaniya 2-ci Bundesliqasının 31-ci turunda "Fortuna" ilə matçda zədə alıb.
Klubdan verilən məlumata görə, Mahir dünən tibbi müayinədən keçib. Onun konservativ üsulla müalicə olunacağı bildirilib. Emrelinin məşqlər və növbəti oyuna xüsusi qoruyucu vasitə ilə çıxacağı vurğulanıb.
Qeyd edək ki, Mahir "Nürnberq"in "Fortuna" ilə 3:3 başa çatan oyununda qollardan birinin müəllifi olub. Onun komandası 32-ci turda mayın 4-də öz meydanında "Elversberq"lə qarşılaşacaq.
İdman.biz