“Neftçi” avrokuboklara vəsiqə şansını rəsmən itirib.
İdman.biz xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib.
Paytaxt təmsilçisi Sumqayıtda eyniadlı komanda ilə görüşdə 2 vacib xal itirib – 2:2. Bununla da 6-cı pillədə qərarlaşan “Neftçi”nin 4-cü yeri tutmaq şansı qalmayıb. 36 xala malik Samir Abasovun yetirmələri “Turan Tovuz”dan 13 xal geri qalır.
Qeyd edək ki, əgər ölkə çempionu “Qarabağ” kuboku qazansa, Premyer Liqada 4-cü yeri tutan komanda Konfrans Liqasına vəsiqə əldə edəcək.
Vüqar Xeyrullayev
İdman.biz