UEFA Çempionlar Liqası yarımfinal mərhələsi Londonda "Arsenal" - PSJ qarşılaşması ilə start götürəcək.
İdman.biz xəbər verir ki, bu komandalardan biri tarixində ikinci dəfə Çempionlar Liqasının finalına çıxacaq və ilk dəfə turnirin qalibi olmaq şansını əldə edəcək.
Rəqiblər bu mövsüm liqa mərhələsində artıq bir dəfə qarşılaşıblar və Londonda keçirilən oyunda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
Ümumiyyətlə, əvvəlki 5 görüşdən 2-də "Arsenal" qalib gəlib, 3 dəfə isə heç-heçə qeydə alınıb.
Yarımfinala gedən yolda artıq "Liverpul" və "Aston Villa"nı məğlub edən PSJ-nin ardıcıl 3-cü Premyer Liqa təmsilçisi ilə qarşılaşacağı da diqqəti çəkən məqamlardandır.
Daha bir maraqlı fakt: "Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçu karyerası zamanı 2001-2002-ci illər arasında "Barselona"dan 18 aylıq icarə əsasında PSJ-də çıxış edib və ümumilikdə 53 oyunda 5 qol vurub.
Qeyd edək ki, "Arsenal" - PSJ qarşılaşması Bakı vaxtilə saat 23:00-da başlayacaq.
İdman.biz