Mahir Emreli Bundesliqa klublarının maraq dairəsində

Xəbərlər
29 Aprel 2025 11:23
224
Mahir Emreli Bundesliqa klublarının maraq dairəsində

Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün sonunda klubunu dəyişə bilər.

İdman.biz xəbər verir ki, “Nürnberq”in şərəfini qoruyan 27 yaşlı hücumçu Almaniyanın II Bundesliqasında vurduğu qollarla digər klubların maraq dairəsinə düşüb.

“Bild” nəşrinin iddiasına görə, Bundesliqanın ən azı iki klubu Mahiri heyətində görməkdə maraqlıdır. Bildirilir ki, Mahirin vurduğu hər qol onu “Nürnberq”dən uzaqlaşdırır və Bundesliqaya doğru aparır. Nürnberq təmsilçisi Emrelini heyətində saxlamaq, onunla yeni müqavilə imzalamaq üçün maliyyə şərtlərini dəyişməyə, xərcə düşməyə məcburdur.

Qeyd edək ki, forvard 2024-cü ilin avqustundan indiki klubunda forma geyinir.

İdman.biz