AFFA-nın əməkdaşı UEFA proqramını fərqlənmə ilə bitirib - FOTO

Xəbərlər
29 Aprel 2025 11:30
235
AFFA-nın əməkdaşı UEFA proqramını fərqlənmə ilə bitirib - FOTO

AFFA-nın beynəlxalq oyunların təşkili üzrə meneceri Rasif Babayev UEFA Akademiyasının və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Certificate in Football Management” (CFM) təhsil proqramını fərqlənmə (Certificate of Merit) ilə başa vurub.

İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib və UEFA-nın rəsmi sertifikatı ilə nəticələnir.

İdman.biz