AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
İdman.biz xəbər verir ki, toplantıda “Kəpəz”ın Gənclər Liqasında çıxış edən U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı şikayətinə baxılıb.
Gəncə təmsilçisinin apellyasiyası qismən təmin edilib. “Qarabağ”la matçda rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması barədə qərar dəyişdirilib. 3 oyunluq cəzanın 1 matçı şərti tətbiq ediləcək. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 23-ü hesaba alınıb.
İdman.biz