Azərbaycan yığması və "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.
İdman.biz xəbər verir ki, 36 yaşlı futbolçu ölkəmizdə keçirdiyi günləri xatırlayıb.
"Primavera"da çıxış edən Almeyda özünü yarı azərbaycanlı hiss etdiyini deyib. Bundan başqa, o Braziliyada "Qarabağ" üçün oyunçular axtardığını bildirib: "Burada "Qarabağ" üçün futbolçulara baxıram. Bu, çox önəmlidir. Onların inkişafı üçün kömək etmək istəyirəm. Klub mənə bu imkanı yaradıb və bəyəndiyim oyunçuların adlarını təhlil üçün onlara göndərirəm. Əgər bəyəndikləri futbolçular varsa, bu zaman mən işə qoşuluram. Oyunçularla əlaqə saxlayıb onların agenti varmı, transfer qiyməti və digər sullarla maraqlanıram. "Qarabağ" artıq braziliyalılara öyrəşib".
Riçard Juninyonun "Qarabağ"dakı karyerası və onun "Flamenqo"ya keçidinə də münasibət bildirib: "Flamenqo"ya keçməzdən əvvəl "Sevilya" Juninyo ilə yaxından maraqlanırdı. Bir dəfə oteldə olanda, o, ispanlarla ciddi danışıqlar aparırdı. Sonra Luis Felipedən zəng gəldi. "Flamenqo"nun məşqçisi Juninyonun İsveçdəki oyununu bəyənib, onu komandada görmək istədiyini bildirdi. Yollarımız ayrılsa da, onunla demək olar ki, hər gün danışırıq".
Təcrübəli futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan vətəndaşlığı almasında ona kömək olduğunu vurğulayıb: "Azərbaycan mənə bir çox məsələlərdə kömək olub. Söhbət yalnız futboldan getmir. Azərbaycanlılar çox humanist insanlardırlar, başqalarına hörmət edir və dəstək olurlar. Oradakı karyeram mənim üçün əla həyat dərsi olub. "Qarabağ"da yaşananlar əla idi, mən orada çox şey öyəndim".
Qeyd edək ki, Almeyda 2012-2018-ci və 2021-2025-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, 8 dəfə Azərbaycan çempionu titulunu qazanıb.
İdman.biz