Qavi üçün mövsüm başa çatıb

Xəbərlər
20 Noyabr 2023 17:50
248
Qavi üçün mövsüm başa çatıb

İspaniya millisinin və “Barselona”nın futbolçusu Qavi zədə səbəbindən mövsümü bitirib.

İdman.biz xəbər verir ki, noyabrın 19-da AVRO-2024-ün seçmə mərhələsində İspaniyanın Gürcüstanı 3:1 məğlub etdiyi oyunda zədələnən gənc ulduz 7 ay meydanlardan kənarda qalacaq.

“Barselona”dan verilən rəsmi açıqlamaya görə, 19 yaşlı futbolçunun sağ diz çarpaz bağlarında yırtıq aşkarlanıb.

Qavi yaxın günlərdə əməliyyat olunacaq. İspaniyalı futbolçunun meydana dönüşü 9 aya qədər də uzana bilər. Bu isə o deməkdir ki, kataloniyalı futbolçu AVRO-2024 və Paris-2024 Yay Olimpiya Oyunlarını buraxacaq.

Qeyd edək ki, Qavi bu mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 asistlə yadda qalıb.

İdman.biz