Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” klubu növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun komandası Türkiyə Superliqasının 13-cü turunda “İstanbulspor”un qonağı olub.
Dadaşov 48-ci dəqiqədə penaltidən bərabərlik qolunu vursa da, paytaxt təmsilçisi 79-cu dəqiqədə yenidən önə keçib və qələbə qazanıb.
13 turdan sonra “Hatayspor” 17 xalla turnir cədvəlində 9-cu pillədədir.
Qeyd edək ki, Renat Dadaşov bu mövsüm Türkiyə Superliqasında 9 oyuna 4 qol vurub.
Emin Ağa
İdman.biz