“Formula-1” üzrə dünya çempionatında ilk poulu Maks Ferstappen qazanıb.
İdman.biz xəbər verir ki, “Red Bull” pilotu Bəhreyn Qran-Pisində təsnifat yarışının qalibi olub.
Niderlandlı sürücü sabah mübarizəyə birinci yerdən başlayacaq. “Ferrari”dən Şarl Leklerlə Corc Rassell (“Mersedes”) növbəti pillələrdə qərarlaşıblar. 7 qat dünya çempionu Lyuis Hemilton sıralama yarışlarını 9-cu pillədə başa vurub.
Qeyd edək ki, Bəhreyn Qran-Prisi sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
İdman.biz