“Formula-1” təmsilçisi “Mersedes”in rəhbəri Toto Volf komandanın gələcək şanslarından danışıb.
İdman.biz xəbər verir ki, o, Mühəndislər kubokunda 2-ci yer uğrunda yarışacaqlarını deyib.
Toto Volf “Ferrari” və “Maklaren”i üstələmək gücündə olduqlarını bildirib: “Biz “Ferrari” və “Mersedes”i ötmək gücündəyik. Ötən il çətin olsa da, 2-ci ola bildik. Əgər siz qələbə və titul gözləyirsinizsə, etiraf edim ki, Maks və “Red Bull” çox irəlidədir”.
Qeyd edək ki, mövsümün ilk 4 mərhələsindən sonra “Mersedes” cəmi 34 xal toplayıb. Almaniya komandası 4-cü pillədə qərarlaşıb.
İdman.biz