“Formula-1” komandası “Red Bull” Serxio Pereslə yeni müqavilə bağlamağa hazırdır.
İdman.biz xəbər verir ki, hətta meksikalı sürücüyə yeni müqavilə göndərilib.
Amma Peres hələlik sənədi təsdiq etmək niyyətində deyil. Meksikalı jurnalistin məlumatına görə, pilota təklif olunan müqavilənin müddəti 1 ildir. Serxio isə ən azı 2 illik razılaşma əldə etmək niyyətindədir.
Qeyd edək ki, əgər danışıqlar uğurlu başa çatarsa, Peres 1+1 illik müqaviləyə imza atacaq.
İdman.biz