“Formula-1”: Azərbaycan Qran-Prisi akkreditasiyaya start verilib

Xəbərlər
12 İyun 2024 15:49
224
“Formula-1”: Azərbaycan Qran-Prisi akkreditasiyaya start verilib

“Formula-1”in Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti media nümayəndələri üçün akkreditasiya qeydiyyatına start verib.

Bu barədə İdman.bizə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Azərbaycan Qran-Prisini işıqlandırmaq istəyən KİV nümayəndələri bu gündən etibarən Akkreditasiya Portalına daxil olaraq qeydiyyat üçün onlayn qaydada müraciət edə bilərlər. Media nümayəndlərindən qeydiyyatdan öncə linkə keçid edərək portaldan istifadə qaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmaları xahiş olunur.

Yarışlara qeydiyyat iyunun 12-dən iyulun 22-si saat 15:00-dək davam edəcək. Natamam və ya həmin vaxtdan gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Qeyd edək ki, sentyabrın 13-15-də baş tutacaq Azərbaycan Qran-Prisi də daxil olmaqla, “Formula-1” üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.

İdman.biz

Məqalədə: