Rassell Avstriya Qran-Prisinin qalibi olub

Xəbərlər
30 İyun 2024 20:23
153
Rassell Avstriya Qran-Prisinin qalibi olub

Formula-1 üzrə dünya çempionatının 11-ci mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, Avstriya Qran-Prisində Corc Rassell qələbə qazanıb.

“Mersedes”in piloti 71 dairəlik yürüşü finiş xəttinə 1-ci çatıb. Rassell Oskar Piastri (“Maklaren”) və Karlos Saynsı (“Ferrari”) arxada qalıb.

Son çempion Maks Ferstappen yarışı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, Ferstappen 237 xalla yarışa başçılıq edir. Sıralamada onu izləyən Lando Norrisin (“Maklaren”) hesabında 156, Şarl Leklerin (“Ferrari”) isə 150 xal var.

İdman.biz