Hemiltondan tarixi qələbə - 3 ildən sonra

Xəbərlər
7 İyul 2024 19:37
367
Hemiltondan tarixi qələbə - 3 ildən sonra

Formula-1 üzrə Böyük Britaniya Qran-prisinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Silverstoun avtodromunda keçirilən yarışın qalibi Lyuis Hemilton olub.

Sıralamada "Mersedes" sürücüsünü Maks Ferstappen ("Red Bull") və Lando Norris ("Maklaren") izləyib. Hemilton 2021-ci ildən sonra ilk qələbəsini qazanıb. Bu, onun karyerasında 104-cü uğuru olub.

Yarış Lyuis üçün əlamətdar hadisə ilə yadda qalıb. Britaniyalı pilot Silverstounda 9-cu dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Hemilton eyni məkanda ən çox qələbə qazanan sürücü kimi tarixə düşüb. Mixael Şumaxer Macarıstan Qran-prisində 8-də finiş xəttini birinci keçib.

İdman.biz