"Red Bull" pilotu Maks Ferstappen Macarıstan Qran-prisində baş verən qəza ilə bağlı danışıb.
İdman.biz xəbər verir ki, o, ötmə zamanı Lyuis Hemiltonu günahlandırıb.
Hadisə 63-cü dövrədə baş verib. Ferstappen Hemiltonu ötüb 3-cü yerə yüksəlmək istəsə də, britaniyalı pilotla toqquşma önu trassdan çıxarıb. Nəticədə Lyuis yürüşü 3-cü, Maks isə 5-ci pillədə başa vurub. Niderlandlı sürücü ötmə zamanı həmkarının ona tərəf hərəkət etdiyini deyib. Amma yarışın stüardları həmin vəziyyətdə qayda pozuntusu olmadığını bildiriblər.
Qeyd edək ki, Ferstappen uğursuz çıxışda komandanın strateqlərini də günahlandırıb. O, uğursuz plan nəticəsində podiumdan kənarda qaldığını deyib.
İdman.biz