"Red Bull" Peresə əvəzedici tapıb

Xəbərlər
25 İyul 2024 20:36
122
"Red Bull" Peresə əvəzedici tapıb

"Formula-1" komandası "Red Bull" sürücü Serxio Pereslə yollarını ayırmağı düşünür.

İdman.biz xəbər verir ki, Avstriya təmsilçisi artıq ona əvəzləyici də tapıb.

Komandanın rəhbərliyi meksikalı pilotun yerinə Daniel Rikkardonu dəvət etməyi planlayıb. Düzdür "RB"də çıxış edən yaponiyalı Yuki Tsunonın da "Red Bull"a keçmək şansı yaranıb. Amma avstriyalıların rəhbəri Kristian Horner Danielin namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Peres bu mövsümdə 124 xalla sürücülərin yarışında 7-ci pillədə qərarlaşıb.

İdman.biz