Ruandanın Formula-1 arzusu

Xəbərlər
8 Avqust 2024 18:24
531
Ruandanın Formula-1 arzusu

"Formula-1" üzrə dünya çempionatı Ruandada təşkil oluna bilər.

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Assosiasiyanın (FIA) rəhbəri Stefano Domenikali deyib.

O, sentyabr ayında Ruanda təmsilçiləri ilə görüş keçiriləcəyini bildirib: "Ruandanın inkişaf şurası FIA rəhbərliyi ilə görüşmək üçün Monako Qran-prisinə gəlmişdi. Onlar bu layihəyə ciddi yanaşırlar. Afrika ölkəsi yaxşı plan təqdim edib və sentyabrın sonunda daha bir görüş keçiriləcək. Afrikada yarış təşkil etmək istəyirik, amma düzgün strategiya və güclü sərmayə tələb olunur".

Qeyd edək ki, daha bir Afrika ölkəsi CAR da "Formula-1" üzrə dünya çempionatını keçirməkdə maraqlıdır.

İdman.biz