"Ferrari"nin sürücüsü İtaliyada 1-ci olub

Xəbərlər
1 Sentyabr 2024 18:27
222
"Ferrari"nin sürücüsü İtaliyada 1-ci olub

"Formula-1" üzrə dünya çempionatında İtaliya Qran-prisi keçirilib.

İdman.biz xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler yarışı 1-ci pillədə başa vurub.

O, "Maklaren" sürücüləri Oskar Piastri və Lando Norrisi arxada qoyub. Lekler mövsümdə ikinci dəfə podiumun ən yüksək pilləsində yer alıb. Bundan əvvəl Şarl Monako Qran-pirisində finiş xəttini birinci keçib.

Formula-1. İtaliya Qran-prisi
1. Şarl Lekler ("Ferrari") – 53 dövrə
2. Oskar Piastri ("Maklaren") +2.664
3. Lando Norris ("Maklaren") +6.153
4. Karlos Sayns ("Ferrari") +15.621
5. Lyuis Hemilton ("Mersedes") +22.820
6. Maks Fertsappen ("Red Bull") +37.932
7. Corc Rassell ("Mersedes") +39.715
8. Serxio Peres ("Red Bull") +54.148
9. Aleksander Albion ("Uilyams") +1:07.456
10. Kevin Maqnussen ("Haas") +1:08.302

İdman.biz