“Haas”ın pilotu Azərbaycan Qran-prisini buraxacaq - SƏBƏB

Xəbərlər
2 Sentyabr 2024 16:22
743
“Haas”ın pilotu Azərbaycan Qran-prisini buraxacaq - SƏBƏB

“Formula-1” İtaliya Qran Prisindən sonra “Haas” komandasının pilotu Kevin Maqnussenin Azərbaycanda keçiriləcək növbəti turu buraxacağı dəqiqləşib.

İdman.biz xəbər verir ki, buna səbəb sürücünün Monzadakı yarış zamanı cərimə xallarını artırmasıdır.

Kevinin hər təqvim ilində 12 cərimə xalı var ki, bu da avtomatik olaraq bir yarışı qaçırmaq deməkdir. “Haas” bu məlumatı təsdiqləsə də, Kevini kimin əvəzləyəcəyini hələlik açıqlamayıb.

Maqnusseni Bakıda 2025-ci il mövsümü üçün “Haas”ın əsas sürücüsü olacaq Oliver Bermananın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.

İdman.biz

Məqalədə: