Ferstappen Bakını işarə verib: "Avtomobili tamamilə dəyişməliyik"

Xəbərlər
2 Sentyabr 2024 23:51
372
Ferstappen Bakını işarə verib: "Avtomobili tamamilə dəyişməliyik"

"Bakıdakı yürüşdən əvvəl avtomobili tamamilə dəyişməliyik".

İdman.biz xəbər verir ki, bunu Formula-1 üzrə 3 qat dünya çempionu Maks Ferstappen deyib.

"Red Bull"un niderlandlı sürücü son yarışlarda uğursuz çıxışına aydınlıq gətirib: "Düzünü desəm, İtaliya Qran-prisində böyük məyusluq yaşamadım. Sadəcə öz yürüşümü həyata keçirdim. Bəli, maşının tempi yüksək deyildi, bizim pit-stopumuz uğursuz oldu. Məncə, komandanın strategiyası uğursuz idi. Mühərrik tam gücü ilə işləmədiyi üçün problemlərimiz oldu. İndi hər şey pisdir. Bakıya yollanmazdan əvvəl çox iş görməliyik".

Qeyd edək ki, Ferstappen bazar günü keçirilən Qran-prini 6-cı pillədə başa vurub. Növbəti yarış sentyabrın 13-15-də Bakıda olacaq.

İdman.biz