Fernando Alonso: “Bakıda hər şey tamam fərqli olacaq”

Xəbərlər
3 Sentyabr 2024 17:21
835
Fernando Alonso: “Bakıda hər şey tamam fərqli olacaq”

“Pilotun üzərinə düşən yük nöqteyi-nəzərindən Monza ən asan treklərdən biridir. Bakıda, xüsusən də Sinqapurda hər şey tamam fərqli olacaq”.

İdman.biz xəbər verir ki, bunu "Aston Martin"in pilotu, dünya çempionu Fernando Alonso deyib.

İspaniyalı “Uilyams” pilotu Franko Kolapintonun “Formula-1”də Monzada debüt qran-prisindəki heyranlığından da bəhs edib: “Franko çox yaxşı yarışdı, mən onu parkda təriflədim. O, bel ağrısından şikayətlənirdi, lakin bu, başa düşüləndir. Franko ilk dəfə idi ki, bu maşını iki saat yüksək sürətlə idarə edirdi. Önümüzdəki həftələrdə onun hazırlaşmağa vaxtı olacaq”.

Niderland qran-prisindən sonra Kolapinto mövsümün sonuna qədər əsas komandada Loqan Sargenti əvəzləyib.

Qeyd edək ki, “Formula-1” üzrə Bakı qran-prisi sentyabrın 13-15-də keçiriləcək.

İdman.biz