"Aston Martin"in Nyui ilə müqaviləsinin detalları bəlli olub

Xəbərlər
7 Sentyabr 2024 18:32
93
"Aston Martin"in Nyui ilə müqaviləsinin detalları bəlli olub

"Formula-1" mühəndisi Edrian Nyuinin "Aston Martin" ilə uzun müddətli müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

5 illik müqavilə bağlayan Edrian ilə 40 milyon avro qazanacaq. Bundan başqa, ona mükafat və bonuslar təyin olunub. Gələn həftə "Aston Martin"nin Silverstoundakı bazasına imzalama mərasimi keçiriləcəyi bildirilib.

65 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komandalar şəxsi yarışlarda 12, mühəndislər kubokunda isə 13 titul qazanıblar.

Qeyd edək ki, Nyui apreldə "Red Bull"a müqavilənin vaxtında əvvəl dayandırılmasını razılaşıb. Hazırda komandada işləməyən mütəxəssis gələn ilin martında etibarən "Aston Martin"d' fəaliyyətə start verəcək.

İdman.biz