Oskar Piastri "Formula-1" Azərbaycan Qran-prisinin qalibi olub

Xəbərlər
15 Sentyabr 2024 16:36
283
Oskar Piastri "Formula-1" Azərbaycan Qran-prisinin qalibi olub

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi yekunlaşıb.

İdman.biz xəbər verir ki, "Maklaren" pilotu Oskar Piastri 1-ci yeri tutub.

O, 51 dövrəlik yarışda finiş xəttini 1-ci keçib. "Ferrari" pilotu Şarl Lekler 2-ci, "Mersedes"dən Corc Rassell 3-ü yeri tutub.

-------

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb.

İdman.biz xəbər verir ki, qələbə uğrunda 20 pilot yarışır.

35 dövrədən sonra "Maklaren" pilotu Oskar Piastri yarışa başçılıq edir.

Yuko Tsunoda maşındakı problem üzündən yürüşü dayandırıb.

---------

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb.

İdman.biz xəbər verir ki, qələbə uğrunda 20 pilot yarışır.

Dünən baş tutan sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci yeri tutub. İkinci yerə "Maklaren"dən Oskar Piastri, üçüncü yerə isə Leklerin komanda yoldaşı Karlos Sayns layiq görülüb. İlk beşliyi "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel tamamlayıblar.

Qeyd edək ki, Bakı treki 20 döngə və 51 dövrədən ibarət olmaqla, ümumilikdə 306,049 km məsafəni əhatə edir. Burada ilk dəfə yarış 2016-cı ildə Avropa Qran-prisi adı altında keçirilib. Sonrakı illərdə isə turnir Azərbaycan Qran-prisi kimi təşkil olunub. 2016-cı ildə almaniyalı Niko Rosberq, sonrakı illərdə isə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qalib olmuşlar. 2023-cü ildə isə Serxio Peres ikinci dəfə Bakıda qalib gəlib. Pandemiya səbəbindən 2020-ci ildə yarış təşkil olunmayıb.

"Red Bull" pilotu Maks Ferstappen 303 xalla pilotlar arasında liderdir. "Maklaren"dən Lando Norris və "Ferrari"dən Şarl Lekler onu izləyir. Mühəndislər kubokunda isə "Red Bull" birinci, "Maklaren" ikinci, "Ferrari" isə üçüncü yerdədir.

İdman.biz