Oskar Piastri: "Əla nəticədir"

Xəbərlər
15 Sentyabr 2024 17:30
216
Oskar Piastri: "Əla nəticədir"

"Bu, doğrudan da əla nəticədir".

İdman.biz xəbər verir ki, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi Oskar Piastri deyib.

“Maklaren"in avstraliyalı pilotu komandasının "Red Bull"u qabaqlayaraq Mühəndislər kubokunda liderliyə yükəslməsinə münasibət bildirib: "Mən komandaya yeni qoşulanda sonuncu pillədə idik. Arxada qalan müddət ərzində çox şeyin dəyişdiyini görmək olar. Avtomobili təkmilləşdirdiyinə, eyni zamanda, inkişaf etməyimdə böyük rol oynadığına görə komandama təşəkkür edirəm. İndi isə artıq yarışa başçılıq edirik.Bu uğurda komandadakı hər kəsin əməyi var. Buna görə onlara minnətdaram".

Qeyd edək ki, hesabında 222 xal olan Oskar Piastri 4-cü pillədə yer alıb.

İdman.biz