Fernando Alonso: "Çətin yarış idi, nəfəs dərməyə belə vaxt olmurdu"

Xəbərlər
16 Sentyabr 2024 14:45
288
Fernando Alonso: "Çətin yarış idi, nəfəs dərməyə belə vaxt olmurdu"

“Nəticədən razıyam, son dövrələrdə vəziyyətdən istifadə etdik və mən 6-cı yeri tuta bildim”.

İdman.biz xəbər verir ki, bunu “Aston Martin” komandasının pilotu Fernando Alonso Azərbaycan Qran-prisinin yekunlarını şərh edərkən deyib.

İspan trekdəki yürüşün çox çətin olduğunu bildirib: “Demək olar ki, bütün yarışı tək keçirdim - qabaqda mübarizə apara biləcəyim heç kim yox idi. Bizi arxada qoyanlardan öndə olan mövqeyimizi qoruyaraq, davam edirdim. Ancaq çətin yarış idi, nəfəs dərməyə belə vaxt olmurdu. Biz hər şeyi düzgün etdik, optimal strategiya seçdik və əla pit-stop keçirdik. Şadam ki, Bakıdan layiqli xallarla dönürəm”.

İdman.biz