Azərbaycan Qran-Prisinin stüardları qalib komandanı cərimələyib

Xəbərlər
16 Sentyabr 2024 15:03
331
Azərbaycan Qran-Prisinin stüardları qalib komandanı cərimələyib

Azərbaycan Qran-Prisinin stüardları yarış zamanı pit-leyndə personalın və texnikanın olması qaydalarını pozduğuna görə "McLaren" komandasını 5000 avro məbləğində cərimələyib.

İdman.biz xəbər verir ki, Britaniya komandasının üzvləri müxtəlif avadanlıqlarla birlikdə Oskar Piastri ilə görüşmək üçün “qapalı park”a yollanıblar. Lakin onlar bunu finişdən əvvəl, digər komandalar isə son dövrələrdə pit-stop yerinə yetirəndə ediblər.

Stüardlar qeyd ediblər ki, bu, potensial təhlükəli vəziyyətə gətirib çıxara bilərdi və buna görə "McLaren"i cərimələyiblər.

İdman.biz

Məqalədə: