Ramazan ayı ilə bağlı "Formula-1"in təqvimində dəyişikliklər edilib

Xəbərlər
16 Sentyabr 2024 16:23
927
Ramazan ayı ilə bağlı "Formula-1"in təqvimində dəyişikliklər edilib

Bəhreyn Qran-Prisi 2021-ci ildən etibarən təqvimin ilk yarışıdır, lakin müsəlmanların müqəddəs Ramazan ayı ilə üst-üstə düşməməsi üçün 2025-ci ildə 4-cü yarış olacaq.

İdman.biz xəbər verir ki, FIA gələn ilin fevralında Bəhreyndə üç günlük "Formula-1" sınaq yürüşlərinin keçiriləcəyini, 2025-ci il mövsümünün isə mart ayında Avstraliyada başlayacağını təsdiqləyib.

Sınaq yürüşləri 2026-cı ildə idmanın bu növündə mühərrik və qaydalarda olacaq ciddi dəyişikliklərdən əvvəl son mövsümdə fevralın 26-28-də Saxir trasında keçiriləcək.

Yeni komandalardan bir neçə pilot, o cümlədən "Mercedes"dən sonra qırmızı "Ferrari" geyimində yarışacaq yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemilton sınaqlarda iştirak edəcək.

2025-ci ildə - 75-ci yubiley ilində "Formula-1" mövsümü Avstraliyada başlayıb, ardınca Çin və Yaponiyada davam edəcək. Yarış dekabrın 5-7-də Abu-Dabi Qran-Prisi ilə də başa çatacaq.

İdman.biz

Məqalədə: