Yuki Tsunoda Azərbaycan Qran-Prisini erkən tərk etməsindən danışıb

Xəbərlər
16 Sentyabr 2024 17:37
328
Yuki Tsunoda Azərbaycan Qran-Prisini erkən tərk etməsindən danışıb

"Alpha Tauri" pilotu Yuki Tsunoda Azərbaycan Qran-Prisində yarışı erkən tərk etməsi barədə danışıb.

İdman.biz xəbər verir ki, yarışın ilk dörddə birində "Aston Martin" komandasının kanadalı pilotu Lans Stroll ilə mübarizə zamanı yaponiyalının maşını zədələnib.

Tsunoda avtomobilin yan pontonunda böyük dəlik olduğu üçün yarışdan ayrılıb: “Ardıcıl iki dəfə yarışı erkən bitirməyimə çox üzülürəm. Uğursuzluq yaşadım, bu, küçə treklərində olur. 12-ci mövqedən başlayanda həmişə qəzaya düşmək riski var. Təsnifat mərhələsində artırmalı və daha yaxşı çıxış etməliyik, o zaman yarışda şansımız daha yüksək olar.

Trasda baş verənlərdən danışsaq, deyə bilərəm ki, mənə elə gəldi ki, Stroll artıq hərəkət edib. Onun nə əldə etmək istədiyini bilmirəm, amma onun işini asanlaşdırmaq fikrində deyildim. Ümid edirəm ki, biz Sinqapurda daha yaxşı çıxış edəcəyik”.

İdman.biz

Məqalədə: