“Pirreli”nin idman direktoru: “Bakıda, demək olar ki, hamı eyni strategiyanı seçdi”

Xəbərlər
16 Sentyabr 2024 18:20
217
“Pirreli”nin idman direktoru: “Bakıda, demək olar ki, hamı eyni strategiyanı seçdi”

"Yarışın gedişində trasın vəziyyəti yaxşılaşdı".

“Pirreli”nin idman direktoru Mario İzola "Formula-1" üzrə Azərbaycan Qran-Prisini şərh edib.

İdman.biz xəbər verir ki, o, Monzadakı mərhələdən iki həftə sonra azarkeşlərin son dövrəyə qədər nəticəsini proqnozlaşdırması mümkün olmayan daha bir maraqlı yarışın şahidi olduqlarını qeyd edib.

“Monzada komandalar iki fərqli strategiyadan istifadə etdilər, Bakıda isə, demək olar ki, hamı eyni strategiyanı seçdi, lakin bu, diqqətləri heç də trasda baş verənlərdən - üç pilotun liderlik uğrunda mübarizəsindən və digər mübarizələrdən yayındırmadı.

Bu və gələn həftəsonu komandaları gözlənildiyi effekti verən eyni təkər tərkibləri ilə təmin edəcəyik. Aydın idi ki, "Soft" şinləri kvalifikasiya üçün, "Hard" təkərlər isə yarışda ən sürətli və "Medium" təkərlər məsafənin birinci hissəsi üçün əla kompromis olacaq. Bu proqnozlar təsdiqləndi”, - deyə İzola vurğulayıb.

O, əlavə edib ki, yarış irəlilədikcə trasın vəziyyəti yaxşılaşıb və bu, dövrə vurarkən müsbət təsir göstərib: Bir neçə sürücü, xüsusən də ilk yarışda qranulyasiyadan şikayətlənsə də, bu, onların nəticələrinə o qədər də təsir etməyib. Aydındır ki, trafujdə hərəkət təkərlərin vəziyyətinə nəzarəti çətinləşdirib, lakin bu avtomobillərin hazırkı aerodinamik konfiqurasiyasını nəzərə alsaq, qaçılmazdır”.

İdman.biz