"Ferrari"nin rəhbəri Frederik Vasser komandasının Azərbaycan Qran-Prisində strategiyada buraxdığı səhvlərdən danışıb.
İdman.biz xəbər verir ki, yarışın ilk yarısında liderlik edən Şarl Lekler ikinci olub, Karlos Sayns isə finişə iki dövrə qalmış "Red Bull"dan Serxio Peres ilə toqquşub.
“Düşünürəm ki, biz yəqin, pit-stopdan əvvəl sonuncu dövrədə səhvə yol verdik. Pit-stopdan sonra ilk dövrədə yaxşı çıxış etmədik və yarışda qələbə məhz o vaxt əldən çıxdı. Yarış yenidən keçirilsə idi, bəlkə bir dövrə tez pit-stop etməyə dəyərdi?”, - deyə Vasser sual verir.
O, ikinci yerin də yaxşı nəticə olduğunu qeyd edib: "Baxmayaraq ki, əlbəttə, bəzi məyusluq var, çünki tempimiz qələbəyə ümid etməyə imkan verirdi".
İdman.biz