Serxio Peres: "Bakıda Sayns və mən komandalarımıza böyük ziyan vurduq"

Xəbərlər
20 Sentyabr 2024 13:10
198
Serxio Peres: "Bakıda Sayns və mən komandalarımıza böyük ziyan vurduq"

"Red Bull" komandasının sürücüsü Serxio Peres Azərbaycan Qran-Prisində finişə iki dövrə qalmış Karlos Saynsla toqquşduğu hadisədən danışıb.

İdman.biz xəbər verir ki, meksikalı pilotun fikrincə, bu qəza onların hər ikisini Bakıda fəxri kürsüdən məhrum edib.

“Dəbilqələrimizi çıxaran kimi başa düşdük ki, yarışın belə bitirmək hər ikimiz üçün, həqiqətən, məyusedici oldu. Tibb məntəqəsində idik, həkimlər bizi müayinə etdilər, ikimiz də yaxşı idik. Oradan mümkün qədər tez çıxmaq istəyirdik, çünki ikimiz də nəticəyə çox üzülmüşdük. Bu, artıq arxada qaldı və ümid edirəm ki, ikimiz də mövsümü uğurlu başa vura bilərik. Düşünürəm ki, bu, yalnız yanlış zamanda yanlış hərəkətlər idi və nəticədə kimin günahkar olmasının əhəmiyyəti yoxdur", - deyə Peres "Motorsport"a bildirib.

O, sözlərinə əlavə edib ki, hər ikisi Bakıda xal qazana bilməyib: “İkimiz də xalsız qaldıq, komandalarımıza böyük ziyan vurduq və bu barədə də danışdıq. Biz dəymiş zərərin miqdarını qiymətləndiririk, xüsusən də o qədər mübarizə aparan Şarla, nəticədə podiumda olmalı idik, lakin belə olmadı. Artıq fərqi yoxdur, o səhifəni çevirək”.

İdman.biz

Məqalədə: