Fernando Alonso: “Bakıda 8-ci olmağım möcüzə idi”

Xəbərlər
20 Sentyabr 2024 16:14
268
Fernando Alonso: “Bakıda 8-ci olmağım möcüzə idi”

“Bakıda 8-ci olmağım möcüzə idi”.

İdman.biz xəbər verir ki, bunu ikiqat dünya çempionu Fernando Alonso Azərbaycan Qran-Prisindəki çıxışı haqqında danışarkən deyib.

“Aston Martin” pilotu çıxışını 6-cı yerdə başa vurmağı bacarıb. Lakin bu, qarşısında hərəkətdə olan Serxio Peres və Karlos Saynsın maşınlarının toqquşması nəticəsində baş verib və avtomatik olaraq o, iki pillə yüksəlib.

Bu baxımdan ispan Sinqapurdakı mərhələdən əvvəl “Aston Martin” avtomobilinin sürətini yüksək qiymətləndirməyin lazım olmadığını vurğulayıb: “Hesablamalarımıza görə, biz sürətə görə yeddinciyik, mövqelərimiz isə 13, 14 və ya 15-ci yerlərdir. Biz bundan məmnun deyilik, ona görə də maşının sürətini artırmağa çalışmalıyıq - komanda bir sıra ideyaları sınaqdan keçirmək istəyir. Bu həftə sonu xal qazana bilsək, bu da möcüzə olacaq.

İdman.biz