"Alpha Tauri" komandasının pilotu Daniel Rikkardo Azərbaycan Qran Prisində uğursuz çıxışının səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, vaxtilə Bakıda qalib gələn avstraliyalı pilot yarışı 13-cü pillədə başa vurub.
"Bir həftə əvvəl avtomobilin daha az sıxılma qüvvəsi üçün konfiqurasiya edildiyi Bakı trasında yaxşı nəticə göstərəcəyimizi gözləyirdik, lakin orada yaxşı çıxış edə bilmədik”, - deyə Rikkardo bildirib.
Qeyd edək ki, o, cümə günü Sinqapurdakı məşqini altıncı nəticə ilə başa vuraraq, Azərbaycan Qran- Prisinin qalibi "McLaren"in pilotu Oskar Piastriyə cəmi 0,004 saniyə, "Alpha Tauri"dəki komanda yoldaşı Yuki Tsunodaya isə yüzdə bir fərqlə uduzub.
İdman.biz