Sinqapur Qran-prisində poulu Norris qazanıb

Xəbərlər
21 Sentyabr 2024 18:41
67
Sinqapur Qran-prisində poulu Norris qazanıb

Formula-1 üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, Lando Norris poulu qazanaraq, əsas yarışa 1-cı sıradan start verəcək.

"Maklaren"in pilotu Maks Ferstappen ("Red Bull") və Lyuis Hemiltonu ("Mersedes") arxada qoyub.

Qeyd edək ki, ötən həftə sonunda Azərbayca Qran-prisinin qalibi olan Oskar Piastri ("Maklaren") təsnifatı 5-ci pillədə başa vurub.

İdman.biz

Məqalədə: