Daniel Rikkardodan vida

Xəbərlər
26 Sentyabr 2024 20:19
146
Daniel Rikkardodan vida

"Formula-1" pilotu Daniel Rikkardo "RB" komandasını tərk edib.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya təmsilçisi məlumat yayıb.

Avstraliyalı pilotu Liam Louson əvəzləyəcək. Yeni zelandiyalı sürücü gələn ilin sonunadək "RB"də çıxış etmək hüququ qazanıb.

Hələlik Rikkardo gələcək karyerası ilə bağlı açıqlama verməyib. Onun komandanın səfiri olmaq ehtimalı var.

Qeyd edək ki, Daniel 2017-ci ildə ilk Azərbaycan Qran-prisinin qalibi olub.

İdman.biz