Piastri Bakıdakı qələbəni xatırlayıb

Xəbərlər
5 Oktyabr 2024 01:12
131
Piastri Bakıdakı qələbəni xatırlayıb

"Formula-1" pilotu Oskar Piastri Azərbaycan Qran-prisindəki qələbəsini xatırlayıb.

İdman.biz xəbər verir ki, "Maklaren"in sürücüsü Bakıdakı yarışda çıxışından razı qaldığını deyib.

Piastri bildirib ki, daha yaxşı olmaq şansı var: "Bu il təsnifat mərhələlərində çətinliklə üzləşdim. Daha yaxşı olmaq üçün imkanlarım var. Bakıda ötmələr və təzyiqi idarə etmək baxımından çıxışımından razı qaldım. Uğurlu nəticələr qazanmaq üçün çatışmazlıqlar üzərində işləmək vacibdir. Karyeramda inkişaf olduğunu hiss edirəm".

Qeyd edək ki, Piastri Azərbaycan Qran-prisində karyerasında ikinci qələbəsini qazanıb.

İdman.biz