Avstraliya Qran-Prisinə biletlər bir saat ərzində satılıb.
İdman.biz xəbər verir ki, Melburnda (14-16 mart) Formula-1 turu üçün bilet satışı çərşənbə axşamı başlamalı olsa da, sistemdəki nasazlıq səbəbindən yalnız çərşənbə günü baş tutub.
Tələbat o qədər yüksək olub ki, şənbə və bazar günləri üçün bütün biletlər bir saatdan az müddətdə satılıb.
2024-cü ildə həftəsonu yarışı zamanı “Albert Park”ı 452,055 tamaşaçı ziyarət edib. 2025-ci ildə isə daha çox azarkeş gözlənilir. Belə ki, gələn ilki mərhələyə qədər tribunaların sayı bir qədər artırılacaq.
Melburndakı Qran-Priyə yerli azarkeşlərin marağını başa düşmək olar. Çünki 2025-ci ildə iki avstraliyalı yarışçı - Oskar Piastri və Cek Dueyn start xəttinə çıxacaq. Onlarla birgə yarışda yeni zelandiyalı Liam Lavson da iştirak edəcək.
İdman.biz