Ferstappen: "Uğurlar iki nəfərdən asılı deyil"

Xəbərlər
10 Oktyabr 2024 22:26
184
Ferstappen: "Uğurlar iki nəfərdən asılı deyil"

Maks Ferstappen "Red Bull"da baş verən dəyişikliklərə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, niderlandlı pilot komandanın 1-2 nəfərdən asılı olmadığını deyib.

3 qat dünya çempionu Edrian Nyui və Conatan Utlinin "Red Bull"u tərk etməsinə izah verib: "Uğurlar iki nəfərdən asılı deyil. Komandada yaxşı mütəxəssislər var. Söhbət bütün kollektivdən gedir. Hamı öz öhdəliyini yerinə yetirməli və öz üzərinə düşən işini uğurla başa çatdırmalıdır. Hər şey yaxşı gedir, sadəcə son zamanlar nəticələr arzuolunan kimi deyil. Komanda kimi bunu dəyişmək lazımdır".

Qeyd edək ki, mövsümə uğurlu start götürən "Red Bull" son 8 Qran-pridə qələbə qazana bilməyib. Ferstappen 331 xalla sürücülər yarışına başçılıq edir.

İdman.biz