Formula-1 qaydalarının yumşaldılmasına ÇAĞIRIŞ

Xəbərlər
11 Oktyabr 2024 19:26
779
Formula-1 qaydalarının yumşaldılmasına ÇAĞIRIŞ

Corc Rassell Beynəlxalq Avtomobil Federasiyasını (FIA) Formula-1 qaydalarını yumşaltmağa çağırıb.

İdman.biz xəbır verir ki, "Mersedes"in britaniyalı pilotu cərimə ballarının dəyişdirilməsinin vacib olduğunu deyib.

Rassell "Haas"dan olan həmkarı Kevin Maqnussenin cərimələnməsini nümunə gətirib: "Bu söhbət əvvəlki illərdə bir neçə dəfə gündəmə gəlmişdi. 12 ildə heç kim cərimələnməmişdi. Müzakirə etmək olar ki, cərimə balları sürücülər üçün çox sərtdirmi? Maqnusun Montsa Qran-prisində cəzalanması bir az sərt idi".

Qeyd edək ki, Kevin Maqnusson 1 mərhələ diskvalifikasiya üzündən Bakıdakı Qran-prini buraxmalı olub. Ölkəmizdə onu Oliver Birman əvəzləyib.

İdman.biz