Formula-1 Cənubi Afrikaya qayıdır

Xəbərlər
11 Oktyabr 2024 21:18
58
Formula-1 Cənubi Afrikaya qayıdır

Formula-1 üzrə dünya çempionatı yenidən Cənubi Afrikada keçirilə bilər.

İdman.biz xəbər verir ki, bu barədə ölkənin idman, incəsənət və mədəniyyət naziri Qeyton Makkenzi deyib.

O bildirib ki, yarışın hansı şəhərdə keçirilməsi ilə bağlı gərgin mübarizə gedir: "Formula-1-in Cənubi Afrikaya gələcəyini təsdiq edə bilərəm. Bununla bağlı FIA ilə müzakirələr gedir. Yeganə məlum olmayan məsələ yarışın harada keçirilməsidir. Keyptaun və Yohannesburq şəhərləri arasında sözün əsl mənasında gərgin mübarizə var. Bu barədə qərar qəbul olunmayıb".

Qeyd edək ki, Formula-1 1976-1985-ci illərdə Midrandada Kyalami trassında keçirilib. 1992-1993-cü illərdə yenidən Cənubi Afrikada keçirilən yarışın son qalibi fransalı Alen Prost olub.

İdman.biz

Məqalədə: