Meksikalı pilotdan gələcəyi ilə bağlı açıqlama

Xəbərlər
18 Oktyabr 2024 18:24
331
Meksikalı pilotdan gələcəyi ilə bağlı açıqlama

“Formula-1” pilotu Serxio Peres gələcəyi ilə bağlı açıqlama verib.

İdman.biz xəbr verir ki, “Red Bull”un pilotu çempionatda çıxışını davam etdirəcəyini deyib.

Meksikalı sürücü Avstriya komandası ilə müqavilə müddətini 2026-cı ilin sonuna kimi uzadıb. Peres yalan informasiyalara inanmamağa çağırıb: “Meksika Qran-Prisi ərəfəsində vətənimdə azarkeşlər gələcəyimlə bağlı narahatlıq keçirir. Onları yalan informasiyalara inanmamağa çağırıram. Demək istəyirəm ki, gələn il 100 faiz burada qalacağam. Müqavilə var və onu yerinə yetirəcəyəm. Hazırda maşında olan problemləri yoluna qoymaq lazımdır”.

Qeyd edək ki, bu mövsümdə uğursuz çıxış edən Peres 144 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz