Mixael Şumaxerin bolidi hərracda

Xəbərlər
19 Oktyabr 2024 12:38
223
Mixael Şumaxerin bolidi hərracda

Əfsanəvi Formula-1 pilotu Mixael Şumaxerin sonuncu mövsümdə idarə etdiyi bolidi hərraca çıxarılacaq.

İdman.biz xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Bolidin 1,5 milyon dollara satılması gözlənilir. Şumaxer bu avtomobildə 2006-cı ildə çıxış edib və 5 yarışda qalib olub. Auksionun noyabrın 14-də Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

55 yaşlı almaniyalı Formula-1 üzrə çempionluq rekordunu britaniyalı Luis Hamiltonla bölüşür. Onların hər ikisinin aktivində yeddi qələbə var.

İdman.biz

Məqalədə: