"Ferrari" pilotu ABŞ Qran-prisində 1-ci yeri tutub

Xəbərlər
21 Oktyabr 2024 00:46
199
"Ferrari" pilotu ABŞ Qran-prisində 1-ci yeri tutub

Formula-1 üzrə dünya çempionatında ABŞ Qran-prisi keçirilib.

İdman.biz xəbər verir ki, Ostin trasında baş tutan yarışın qalibi Şarl Lekler olub.

"Ferrari" pilotu komanda yoldaşı Karlos Sayns və Maks Ferstappeni ("Red Bull") qabaqlayıb. Çempionluq uğrunda yarışan Lando Norris ("Maklaren") isə finiş xəttini 4-cü keçib.

Qeyd edək ki, mövsümün 19-cu mərhələsindən sonra Ferstappen 354 xalla liderliyini davam etdirir. Norrisin hesabında 297, Leklerin isə 276 xal var.

İdman.biz