Alonso üçün yubiley dəbilqəsi - FOTO

Xəbərlər
21 Oktyabr 2024 19:56
461
Alonso üçün yubiley dəbilqəsi - FOTO

Formula-1 komandası "Aston Villa" Fernando Alonso üçün xüsusi yubiley dəbilqəsi hazırlayıb.

İdman.biz xəbər verir ki, ispaniyalı pilot həftə sonunda Meksikada 400-cü yarışına çıxacaq.

Böyük Britaniya təmsilçisi bununla bağlı sosial şəbəkədə paylaşım edib. 2001-ci ildə Formula-1-də debüt edən Alonso iki dəfə dünya çempionu tituluna yiyələnib (2005, 2006). O, 400 həddinə çatan ilk sürücü olacaq.

Qeyd edək ki, Meksika Qran-prisi oktyabrın 27-də keçiriləcək.

İdman.biz