Monako "Formula-1" üzrə dünya çempionatının Qran-prisinə daha 6 il evsahibliyi edəcək.
İdman.biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) bu barədə məlumat yayıb.
2025-ci ildə başa çatacaq müqavilə 2031-ci ilədək uzadılıb. "Formula-1"in Monako Qran-Prisi 1955-ci ildən fasiləsiz keçirilir.
Qeyd edək ki, 2024-cü ildə Monako Qran-prisini Şarl Lekler qazanıb.
İdman.biz