Ekklstoundan gözlənilməz addım

Xəbərlər
3 Dekabr 2024 17:37
79
Ekklstoundan gözlənilməz addım

“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun unikal bolid kolleksiyasını satmağa qərar verib.

İdman.biz xəbər verir ki, 94 yaşlı böyük britaniyalı 69 yürüş avtomobilini auksiona çıxaracaq.

Bunu Ekklstounun özü açıqlayıb: “Mən 50 ildən çoxdur bu avtomobilləri kolleksiyama yığıram. Həmişə də ən yaxşıları almışam. Öz avtomobillərimin hamısını sevirəm. Amma artıq mən olmayanda avtomobillərin taleyinin necə olacağını düşünməyin vaxtı çatıb. Buna görə də onları satmaq qərarına gəldim. Onların məndən sonra harada olacağını bilmək və həyat yoldaşımın baxımında saxlamamaq istəyirəm”.

Qeyd edək ki, Ekklstoun 1974-cü ildən 2017-ci ilin yanvarına qədər “Formula-1”ə rəhbərlik edib.

İdman.biz

Məqalədə: