“Formula-1”in Niderland mərhələsi 2026-cı ildən sonra yarışın təqvimindən çıxarılacaq.
İdman.biz xəbər verir ki, bunu yarışın təşkilatçıları açıqlayıb.
“Zandvort” trasının 2026-cı ildə də yarışı qəbul etməsi ilə bağlı bir illik müqavilə imzalanıb. Həmin yarışdan sonra Niderland “Formula-1”in təqvimini tərk edəcək.
Qeyd edək ki, “Zandvort” trası 1948-85-ci illərdə də yarışı qəbul edib. 2021-ci ildən təqvimə qayıdan Niderland Qran-Prisinin ilk üç ilində Maks Ferstappen “doğma divarlar” arasında qalib olubsa, 2024-cü ildə Lando Norris finişə birinci çatıb.
İdman.biz