"Formula-1" üzrə dünya çempionatına 12-ci komandanın qoşulma ehtimalı meydana çıxıb.
İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Suleyman açıqlama verib.
O, qaydaların icazə verəcəyi təqdirdə bu ehtimalı inkar etməyib: "Əsas məsələ düzgün qərar verməkdir. Əgər qaydalar buna imkan verirsə, niyə yox deyək? Mən 11-ci komandanın çempionatımıza qoşulmasının hamının qələbəsi olduğunu deyə bilərəm".
Qeyd edək ki, 2026-ci ildən "Kadillak" "Formula-1"ə qoşulacaq 11-ci komanda olacaq. Dünən daha bir markanın yarışda iştirak etmə ehtimalı ilə bağlı xəbərlər yayılıb.
İdman.biz