Valteri Bottasdan geridönüş

Xəbərlər
19 Dekabr 2024 17:29
53
Valteri Bottasdan geridönüş

Finlandiyalı Formula-1 pilotu Valtteri Bottas "Sauber"dən ayrılaraq "Mercedes"ə geri dönüb.

İdman.biz xəbər verir ki, bu barədə Almaniya komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bottas ehtiyat pilotu olacaq.

35 yaşlı finlandiyalı pilot 2017-2021-ci illərdə "Mercedes"də yarışıb. 2024-cü ildə Bottas pilotların şəxsi təsnifatında 22-ci yeri tutub.

Qeyd edək ki, "Mercedes"in əsas pilotları Corc Rassell və Andrea Kimi Antonellidir.

İdman.biz